Şəhriyar Məmmədyarov qələbə ilə başladı


İdman 23 İyl 2018 12:52:00 227 0

Şəhriyar Məmmədyarov qələbə ilə başladı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq şahmat festivalına qələbə ilə başlayıb. Goal.az xəbər verir ki, həmyerlimiz ağ fiqurlarla İsveçrəni təmsil edən Niko Georqiadisə qalib gəlib. İlk turdan sonra Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə birgə liderlər sırasındadı. Şahmatçımız növbəti turda Çexiya təmsilçisi David Navaraya qarşı mübarizə aparacaq.