"Yeni səviyyəyə yüksələn AzərbaycanFransa münasibətləri ölkəmizə yeni layihələr vəd edir"


Digərləri 23 İyl 2018 12:29:10 262 0

"Yeni səviyyəyə yüksələn AzərbaycanFransa münasibətləri ölkəmizə yeni layihələr vəd edir"

Prezident İlham Əliyevin Parisə səfəri Azərbaycanla Fransa arasındakı münasibətləri yeni səviyyəyə qaldırdı.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Prezidentin səfəri çərçivəsində imzalanan anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək: "Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər ölkəmizə yeni layihələr vəd edir".

İ.Həbibbəyli səfərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığını da vurğulayıb.

Deputat Paris səfərinin əhəmiyyətini olduqca yüksək dəyərləndirərək qeyd edib ki, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf edib.

O, bu səfərin əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradacağını söyləyib.

Son.az