Azərbaycan Çindən 112 adda yol texnikası və maşın mexanizmi alıb


Digərləri 23 İyl 2018 12:23:00 266 0

Azərbaycan Çindən 112 adda yol texnikası və maşın mexanizmi alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çin Xalq Respublikasından 112 adda yol texnikası və maşın mexanizmi alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Ələt qəsəbəsində həmin texnika və mexanizmlərin təqdimatı keçirilib.

Dövlət Agentliyinin Nəqliyyat idarəsinin rəisi Elşən Cəfərov bildirib ki, bu texnika və mexanizmlər Çin və Azərbaycan hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib:

"Saziş çərçivəsində Çindən Azərbaycana 8,2 milyon dollar texniki yardım ayrılıb. Həmin vəsait hesabına Çindən 112 adda texnika və mexanizm əldə olunub. Son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası alınıb. Tələbat artdıqca maliyyə vəsaitləri hesabına texnikalar alınır".