UNEC-də türk dilində tədrisdə yeni model


Digərləri 23 İyl 2018 12:24:00 271 0

UNEC-də türk dilində tədrisdə yeni model

Azərbaycanda Türkiyə türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək.

Bakı. Azərbaycanda Türkiyə türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək. Trend-in məlumatına görə, bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris proqramları universitetin digər fakültələrində olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk Dünyası İşlətmə fakültəsi isə “Türk Dünyası İqtisad Fakültəsi” adlandırılacaq. Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazgan fakültənin fəxri dekanı hesab ediləcək.