Fransa klubu Sevilla-nı FİFA-ya şikayəıt edəcək


İdman 23 İyl 2018 12:20:00 249 0

Fransa klubu Sevilla-nı FİFA-ya şikayəıt edəcək

Nancy  klubu Sevilla-dan FİFA-ya şikayət edəcək. Goal.az xəbər verir ki, fransızları narazı salan məqam müdafiəçi Kleman Lanqlenin Barcelona-ya transferindən pul qazana bilməməkdir. Lanqle 2017-ci ildə Nancy-dən Əndəlus klubuna transfer olunanda müqavilədə göstərilib ki, futbolçu başqa kluba satılarsa, əldə olunan vəsaitin 10 faizi fransızlara ödəniləcək.

Sevilla müdafiəçini 35,9 milyon avroya Barcelona-ya satsa da, Nancy 3,6 milyon avrosunu almayıb. Rəhbərlik bu vəsaiti ödəmək niyyətində olmadığını bildirib.