Bavariya-nın prezidenti Özilin qərarından məmnundur


İdman 23 İyl 2018 12:02:00 290 0

Bavariya-nın prezidenti Özilin qərarından məmnundur

Mesut Özil iyulun 22-i tvitter hesabından Almaniya millisində çıxışını başa vurduğunu elan etmişdi. Goal.az xəbər verir ki, Bayern Munchen-in prezidenti Uli Höness, Özilin millidən ayrılması ilə bağlı fikirlərini bildirib.

“Nəhayət, kabus bitdi. Məsut sonuncu dəfə DÇ-2014-də yaxşı oyun sərgiləmişdi. İndi o, özünü və bərbad oyununu paylaşdığı şəkilin arxasında gizlədir. Məsut sadəcə, San Marinoya qarşı parlayan bir ulduz idi. Özilin yoxluğunda Almaniya millisi daha yaxşı olacaq”.

Türk əsilli futbolçunun may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi.