Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi


Digərləri 23 İyl 2018 11:43:00 227 0

Təkifini rədd edən xanımı cəzalandırdı, "baqajında bomba var" dedi

Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb.

Bakı. Mumbai polisi beynəlxalq aeroportda bomba təhlükəsi barədə yalan informasiya verən şəxsi saxlayıb. Trend-in məlumatına görə, polis bildirib ki, Kutubuddin Şaxivala adlı şəxs hüquq-mühafizə orqanlarına zəng edərək səhər saatlarında Yəmənə uçan xanım sərnişinin çemodanında bomba olması barədə xəbər verib. Daha sonra həmin xanımın baqajı yoxlanılıb və heç bir partlayıcı aşkar edilməyib.