"Bunlar həmin insanların əlaltılarının fikirləridir"


Şou-biznes 23 İyl 2018 11:37:00 248 0

"Bunlar həmin insanların əlaltılarının fikirləridir"

Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində, bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılanlar tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların özlərinin və əlaltılarının fikirləridir.

Son.az xəbər verir ki, bu sözləri son günlərdə saxta yolla fəlsəfə doktoru elmi ad alması ilə gündəmə gələn xalq artisti Nazpəri Dostəliyeva deyib. O, İnstaqram-da verdiyi açıqlamada haqqında danışılan iddiaların yalan olduğunu bildirib:

"Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bu gün də onlara arxalanıram. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçımdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahatlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam".

Daha sonra sənətçi 22 İyul Milli Mətbuat günü münasibətilə jurnalsitləri təbrik edib: