700 bal toplayan kənd qızı: "Məktəbimiz qəzalı vəziyyətdədir"


Digərləri 23 İyl 2018 11:20:05 369 0

700 bal toplayan kənd qızı: "Məktəbimiz qəzalı vəziyyətdədir"

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri Göyçay rayon Ləkçiplaq kənd 1 saylı tam orta məktəbinin məzunu Şəkər Qədirlidir.

Son.az azvision.az-a istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə 700 bal toplayan Şəkər Qədirli Göyçayda rekorda imza atan ilk abituriyentdir.

"700 bal toplamaq gözəl hisdir, hər zaman belə nəticə olmasını arzulamışam və arzuma çatdım. Sınaq imtahanında sonuncu dəfə 700 bal toplamışdım və bu nəticəni əldə edəcəyimə inanırdım. Bir il hazırlaşmışam. Sadəcə, birinci imtahanda xarici dildə kodlaşdırmada və fizikadan bir sualda səhv etdiyim üçün 685 bal toplamışdım", - rekordçu qız təəssüratlarını bölüşüb.