Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı


Digərləri 23 İyl 2018 11:03:00 232 0

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyata başlayıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu 23 iyuldan 8 avqust saat 18:00-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.