Azərbaycan Beynəlxalq Bankından "Yay krediti"


Digərləri 23 İyl 2018 10:41:00 263 0

Azərbaycan Beynəlxalq Bankından "Yay krediti"

Azərbaycan Beynəlxalq Bankı yay məzuniyyəti mövsümündə müştərilərin istəklərini nəzərə alaraq yeni kredit kampaniyasına start verib. "Yay krediti" adlanan bu kampaniyanın əsas özəlliyi ondadır ki, nağd pul kreditini bankdan indi alıb, aylıq ödənişlərə üç ay sonra başlamaq olar. Yəni, müştəri kreditin rəsmiləşdirilməsindən sonrakı ilk üç ayda yalnız aylıq faizləri ödəyir, əsas borcun ödənişinə isə üç ay sonra başlayır. Bu fürsətdən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə və komissiyasız təqdim ediləcək.

Kampaniyanın digər özəllikləri: • Kreditin məbləği - 20 manatadək • Kreditin müddəti - 60 ayadək • İllik faiz dərəcəsi - 2% endirimlə, 24%-dən başlayaraq • Kredit 5000 manata qədər olduqda - zaminsiz • Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ