Güləşçilərimiz Türkiyədə 5 medal qazanıblar


Digərləri 23 İyl 2018 10:30:00 220 0

Güləşçilərimiz Türkiyədə 5 medal qazanıblar

Güləşçilərimiz Türkiyədə 5 medal qazanıblar.

Bakı. 20-22 iyul 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar. Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib. 60 kq Bürünc medal görüşü - Qyanender Qyanender (Hindistan) - Sakit Quliyev 1:7 Təsəlliverici görüş - Həsən Məmmədli - Şimizu Hayanobu (Yaponiya) 1:11 1/2 final - Viktor Çiobanu (Moldova) - Sakit Quliyev 10:5 1/4 final - Sakit Quliyev - Eldəniz Əzizli 7:3 1/8 final - Aidos Sultanqali (Qazaxıstan) - Həsən Məmmədli 4:1 63 kq FİNAL - Taleh Məmmədov - Rahman Bilici (Türkiyə) 3:1 1/2 final - Taleh Məmmədov - Kali Sulaymanov (Qırğızıstan) 5:1 1/4 final - Taleh Məmmədov - Dmitri Tsimbaliuk (Ukrayna) 1*:1 1/8 final - Taleh Məmmədov - Murad Məmmədov 5:3