Bu gün paytaxtda hava buludlu keçəcək, yağış ehtimalı var


Digərləri 23 İyl 2018 09:20:00 256 0

Bu gün paytaxtda hava buludlu keçəcək, yağış ehtimalı var

Bu gün paytaxtda və Abşeron yarımadasında havanın mülayim, buludlu keçəcəyi gözələnilir.

Bakı. Bu gün paytaxtda və Abşeron yarımadasında havanın mülayim, buludlu keçəcəyi gözələnilir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə hətta qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək.