Pompeo: "Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər"


Dünya 23 İyl 2018 09:19:00 263 0

Pompeo: "Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər"

"Suriya Demokratik Qüvvələri" tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri  vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.  

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

"Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik.  Davamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur", - M.Pompeonun bəyanatında bildirilir.