Türkiyədə azərbaycanlı rəssamın əsərinin eskizi əsasında gümüş sikkə buraxılıb FOTO


Digərləri 23 İyl 2018 08:52:00 266 0

Türkiyədə azərbaycanlı rəssamın əsərinin eskizi əsasında gümüş sikkə buraxılıb  FOTO

Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.

Gümüş sikkə İstanbuldakı  əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı  müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Son.az bildirir ki, professor Rafiq Əziz APA-ya açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir. "Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik" - deyə professor Rafiq Əziz açıqlamasını bitirib.


Xəbərə aid fotolar