Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb
Siyasət 23 İyl 2018 08:59:00 303 0
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.
Trend-ə Türkiyənin xarici işlər nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: "Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq".
XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: "Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək".
Mənbə: milli.az