Bakıda metal əşyalar daşıyan avtomobil yaşlı kişini vurub


Digərləri 23 İyl 2018 08:26:00 236 0

Bakıda metal əşyalar daşıyan avtomobil yaşlı kişini vurub

Bakıda yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, adisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yolu keçmək istəyən Cəbrayıl rayon sakini, 1953-cü il təvəllüdlü Məhərrəmov Fəxrəddin Məhyəddin oğlunu metal əşyalar daşıyan "VAZ-2106" markalı avtomobil vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, piyada bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya qəbul edilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.