Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb


Digərləri 23 İyl 2018 08:28:45 247 0

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək. Trend-ə Türkiyənin xarici işlər nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: "Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq". XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: "Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin