Elektrik mişarı ilə özünə xəsarət yetirib


Digərləri 23 İyl 2018 08:19:00 275 0

Elektrik mişarı ilə özünə xəsarət yetirib

Tovuz sakini elektrik mişarı ilə iş görən zaman özünə xəsarət yetirib. Son.az APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Elmar Bədəlov həyətində elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində döş qəfəsindən xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin normal olduğu bildirilir.