Bakı sakini Qazaxda bıçaqlanıb


Kriminal 23 İyl 2018 07:55:00 250 0

Bakı sakini Qazaxda bıçaqlanıb

Qazaxda bıçaqlanma olub. Son.az APA-ya istinadən bildirir ki, Qazax şəhərində kirayə yaşayan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əli Əlimuradov münaqişə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ə. Əlimuradov tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.