Avtomobil piyadanı vurub


Digərləri 23 İyl 2018 07:41:00 270 0

Avtomobil piyadanı vurub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən, Aşağı Göycəli kənd sakini 1971-ci il təvəllüdlü Piriyev Mürşüd Əhməd oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.