ABŞ-ın Rusiyadaki səfiri istefa çağırışını rədd edib


Digərləri 23 İyl 2018 03:48:05 205 0

ABŞ-ın Rusiyadaki səfiri istefa çağırışını rədd edib

ABŞ-ın Rusiyadaki səfiri Con Hantsman ölkə prezidentləri Donald Tramp və Vladimir Putinin Helsinkidə keçirilən sammitlərindən sonra istefaya getmək haqqında çağırışı rədd edib.

Bakı. ABŞ-ın Rusiyadaki səfiri Con Hantsman ölkə prezidentləri Donald Tramp və Vladimir Putinin Helsinkidə keçirilən sammitlərindən sonra istefaya getmək haqqında çağırışı rədd edib. Trend-in məlumatına görə, səfir bunu "The Salt Lake Tribune" qəzetində öz məqaləsində bildirib. Səfir qeyd edib ki, ölkələr arasında münasibətlərdə "vəziyyətin qeyri-müəyyənliyi" onu Moskvada qalmağa məcbur edir.