Həftədə üç dəfə yoqa ilə məşğul olsanız...


Digərləri 23 İyl 2018 02:30:00 269 0

Həftədə üç dəfə yoqa ilə məşğul olsanız...

Yoqa ilə məşğul olmaq insanlar arasında geniş yayılıb. Son zamanlar isə hamilələr də yoqa ilə məşğul olurlar. Mütəxəssislər yoqanın hamilələrin və doğulacaq uşağın sağlamlığı üçün olduqca faydalı olduğunu bildirirlər.

Son.az ailem.az-a istinadən qadın xəstəlikləri və doğum üzrə türkiyəli mütəxəssis Murat Nakinin hamilə yoqası haqqında maraqlı məlumatlarını diqqətinizə çatdırır.

Yoqa hamiləlik dövrünü daha rahat keçirmək, nəfəs və yoqa çalışmaları ilə beli və onurğanı dəstəkləmək, bulantı, qıcolma və gərginlikləri yüngülləşdirmək, bədəni doğuşa hazırlamaq üzrə tətbiq edilən professional çalışmalardır.   

Hamilə yoqası yalnız spontan vaginal doğuşa hazırlaşanlar üçün deyil, uşaq gözləyən hər qadın üçün faydalıdır.

Qadının fiziki və psixoloji halı dəyərləndirilərək, həkim məsləhəti ilə 14-15-ci həftələrdə gələcək analar hamilə yoqası ilə məşğul ola bilərlər.