Ağdamın işğalından 25 il ötür


Digərləri 23 İyl 2018 00:01:00 308 0

Ağdamın işğalından 25 il ötür

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 25 il keçir.

Bakı. Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 25 il keçir. Trend-in məlumatına görə, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.