Vəhşət namazı və onun qılınma yeri


Digərləri 22 İyl 2018 23:55:00 601 0

Vəhşət namazı və onun qılınma yeri

Namaz elə bir əməldir ki, insan namazla həm bu dünyada, həm də axirətdə faydalanmış olur. Dünyada yaşadığı müddətdə namaz qılan o namazın və digər dini hökümlin insan həyatına qoyduğu müsbət təsirlərindən, axirətdə isə savabından bəhrələnir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəzi namazlar da vardır ki, digərləri tərəfindən dünyasını dəyişən insana hədiyyə olunur. Bunlar ya vaciblərin qəzası, ya da müstəhəb namazlardır. Bu müstəhəb namazlardan biri də vəhşət namazıdır. Vəhşət namazı dünyadan köçən insanın dəfn olunduğu günün birinci gecəsində qılınan bir namazdır.

Vəhşət namazının iki cür qılınma qaydası vardır:

1-Birinci rəkətdə Həmddən sonra Ayətəl-kürsi, ikinci rəkətdə Həmddən sonra 10 dəfə qədr surəsin oxumalı, təşəhhüd və salamı deyib namazı bitirməli və dərhal bu zikri oxumalıdır:

اَللّهُمَّ صَلِّ عَلی مُحمّدٍ وَ آلِ مُحمّدٍ وَ ابْعَثْ ثَوابَها اِلی قَبرِ فلان بن فلان

Allahummə salli alə Muhammədin və Ali Muhamməd vəbəs səvabəhə ilə qəbri filan ibni filan. (Filan ibni filanın yerinə ad deyilir. Məsələn: Əhməd ibn Qərib. Qadındirsa ibn yerinə "binti" deyilir.