Azərbaycanlı yeniyetmə ağır atlet Avropa birinciliyinin qalibi oldu (FOTO)


Digərləri 22 İyl 2018 23:55:45 278 0

Azərbaycanlı yeniyetmə ağır atlet Avropa birinciliyinin qalibi oldu (FOTO)

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü arxada qalıb

Bakı. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü arxada qalıb. Trend-ə Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir.