İmanınızı bu 4 şey vasitəsilə xilas edə bilərsiz


Digərləri 22 İyl 2018 23:40:00 261 0

İmanınızı bu 4 şey vasitəsilə xilas edə bilərsiz

Allaha iman gətirən, onun dininə itaət edən kəs mömindir. Amma möminin təkcə iman gətirməsi onun bu sahədə vəzifəsinin bitməsi demək deyil. İnsanın vəzifəsi yalnız onun ömrü sona çatanda bitir. İnsan rəbbinə iman gətirməli, yaşadığı müddətdə imanını təkmilləşdirib təməllərini möhkəmlətməlidir. Yalnız möhkəm təməl üzərində dayanan iman hadisələr müqabilində möhkəm və sarsılmazdır.

Hz. Əlidən (ə) Nəhcül-bəlağədə iman haqqında soruşana belə cavab verir:

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, İman dörd dirək üstə dayanıb: Səbr, yəqin, ədalət, cihad.

Səbr- Qurani Kərim və hədislərdə ən çox tövsiyə edilən xüsusiyyətdir. Təbi ki, səbr deyildikdə öncə zehnə çətinlik gəlir. Doğrudur səbr çətinliyə aid olsa da hər zaman belə olmur. Səbr ümumi mənada hadisələr qarşısında mətnlə dayanıb, ağılla müşahidə etməkdir. Yəni insan ağılı tərk edib hislərə qapılmasın. İmam Əli (ə) buyurur: "Səbr etsən də, etməsən də Allahın qədəri sənin barəndə icra olacaq". Səbr heç də hadisələr müqabilində aciz olub heç nə etməmək demək deyil. Əksinə narazılıq və üsyan etməməkdir.

Yəqin- qətilik mənasındadır. Hər bir kəsin öz etiqadına qətiliyi olmalıdır. Xüsusən də Allah barəsində. İnsan təkcə Allahın görən olmasına qətiliyi olsa günahdan çəkinmək üçün bu ona kifayət edir. Həmçinin insanın qəti inancı olsa ki, onu Allah yaradıb bir an Allahdan qəflətdə olmaz. Qəflət insanın Allahı, yəni yaradanını unutmasıdır.