İnternetin ən populyar markaları məlum oldu


Digərləri 22 İyl 2018 23:25:00 308 0

İnternetin ən populyar markaları məlum oldu

İsveçin pərakəndə markası, geyim nəhəngi olan H&M (Hennes & Mauritz) rəqiblərini geridə qoyaraq internetin ən populyar brendi olmağı bacarıb.

Son.az facemark.az-a istinadən bildirir ki, "SEMrush" şirkəti tərəfindən aparılan araşdırmaya görə, H&M dünya miqyasında internetdə ayda 30 milyondan (Google-da 30 milyon dəfədən çox H&M abreviaturasını klik ediblər) çox axtarış edilib.

İnternetin ən populyar ikinci markası isə, ayda 25 milyon dəfə axtarış edilən ZARA markası olub. İdman malları tədarükçüsü olan "Adidas", "Nike" və İngiltərənin onlayn pərakəndəçisi "ASOS" hər biri aylıq 15 milyondan çox axtarışa verilib. Adıçəkilən markalar siyahının 3-cü pilləsində yer alıblar.

Böyük Britaniyada isə ən populyar moda markaları "ASOS" və "New Look" 4 milyon dəfə axtarış edilərək "SEMrush"un reytinqində birinci pillədə olublar. Adıçəkilən ölkə ərazisində internetin ən populyar ikinci markaları isə "Topshop" və "Boohoo" brendləri olub. Onların hər biri 2 milyondan çox axtarışa verilib.