Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb


Digərləri 22 İyl 2018 23:26:00 250 0

Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb

Biləsuvar rayonunda yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Qəza nəticəsində yaralıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.