"Partlayışı biz törətmişik" İŞİD


Dünya 22 İyl 2018 22:57:00 231 0

"Partlayışı biz törətmişik"  İŞİD

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxı Kabildəki Həmid Kərzayi adına hava limanında törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, hava limanında baş verən partlayış zamanı 16 nəfər ölüb. Hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb.