Allahı ən gözəl adlarla çağırın!


Digərləri 22 İyl 2018 22:40:00 320 0

Allahı ən gözəl adlarla çağırın!

Allah Təalanın təkliyi, Onun ilahiyyətinə və ubudiyyətinə ((pərəstiş edilən yeganə varlıq)  olmasına inam dinin əsas ğayəsi, əsas hədəfidir. Digər bütün işlər və əməllər bu əsas üzərində dayanır. İnsanın Allah barəsində biliyi və məlumatı hər kəsdə eyni olmamasına baxmayaraq ümumilikdə müəyyən məhdud çərçivədədir. Çünki məhdud görüşə və məhdud ağıla sahib olan insan Mütləq Yaradanı haqqında tam məlumata malik olması mümkün deyil. İnsan yalnız Allahın ona verdiyi potensial qədərində dərk edə bilir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Allah Təala Öz kitabında Özünü adlarla vəsf edir. Yəni insanla insanın dilində danışır. İnsanı başa salmaq üçün Özünə adlar nisbət verir ki, insan o adlarda təfəkkür tapsın və  rəbbini bu adlarla tanısın:

"Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin". (Əraf- 180)

Əslində bu adların tanınmasında, bu adların bilinməsində ilahi bir hikmət vardır. Bu o demək deyil ki, Allahın bu adlardan xoşu gəlir. Sübhan Allah.