Tokio Olimpiadasının talismanları müəyyənləşib


İdman 22 İyl 2018 21:56:00 258 0

Tokio Olimpiadasının talismanları müəyyənləşib

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarına adlar verilib. Goal.az xəbər verir ki, bu ilin əvvəllərində yaponiyalı məktəblilərin seçdikləri rəmzlərə "Miraytova" və və "Someyti" adlandırılıb. Olimpiadanın simvolu "Miraytova"da "Miray" yaponca "gələcək", tova" isə "əbədilik" anlamı verir.

Paralimpiadanın simvolu "Someyti" isə sakura ağacının populyar növü olan "someyyosino"dan gəlir və ingilis ifadəsi "so mighty"ni ("qüdrətli") ifadəsini xatırladır.

Qeyd edək ki, "Tokio-2020" 22 iyul - 9 avqustda keçiriləcək. İdmançılar 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar.