Baş redaktor: Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır


Digərləri 22 İyl 2018 22:17:46 202 0

Baş redaktor: Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır

Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır.

Bakı. Elçin Mehdiyev - Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır. Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə hər zaman həssas yanaşır: "Bu yaxınlarda Prezidentin müvafiq sərəncamı ilə ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrıldı. Bu, bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün bütün zəruri addımları atır. Qeyd etməliyəm ki, cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb".