Lanqle: "Sevinirəm ki, artıq Messiyə rəqib olmayacam"


İdman 22 İyl 2018 18:38:00 267 0

Lanqle: "Sevinirəm ki, artıq Messiyə rəqib olmayacam"

Barselona-nın bu yay heyətinə qatdığı Kleman Lanqle yeni komandası barədə danışıb.Goal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi katalon klubunda titullar qazanmaqistədiyini bildirib.

O, Lionel Messi ilə bir komandada oynayacağı üçün sevindiyini də gizlətməyib.

“Barcelona-ya keçdiyim üçün çox sevinirəm. Çünki artıq Messiyə rəqib olmayacam. O, dünyanın ən yaxşı futbolçusudur. Asanlıqla meydana dominantlıq edir, istənilən vəziyyətdən qol vura bilir. Əgər bəxtiniz gətirsə, onu dayandıra bilərsiniz. Ancaq bunu bir neçə müdafiəçi birlikdə bacara bilər”.

Lanqlenin transferi sabiq klubu Sevilla-ya 35 milyon avro qazandırmışdı.