Ruslar mağazaya getməyi sevmirlər –


Digərləri 22 İyl 2018 21:35:00 300 0

Ruslar mağazaya getməyi sevmirlər –

"Romir" holdinqi araşdırması çərçivəsində nə qədər rusun mağazaya getməkdən xoşu gəldiyini öyrənib. Respondentlərin 86%-i düşünür ki, mağazaya alış-verişə getmək ehtiyac və rutindir. Sorğuda iştirak edənlərin cəmi 14%-i isə mağazaya gedib, alış-veriş etməkdən məmnun olduqlarını deyiblər. Daha çox bu cür hissələri isə 24 yaşına qədər olan gənclər (24%) yaşayır. Bu kateqoriyadan olan insanların ən azı isə 7% ilə 56 yaşdan böyük olanlardır.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə "Ria Novosti" şirkətin tədqiqatına istinadən xəbər verir.

Sorğu iştirakçıları, həmçinin mağazanı seçən zaman hansı kriteriyalara diqqət etdiklərini də açıqlayıblar. Respondentlərin 64,5%-i üçün mağazanın evə yaxın yerləşməsi vacibdir. 61% respondent üçün qiymətlərin münasib olması önəmli amildir. Respondnetlərin 57%-i mağaza seçərkən malların çeşidlərinin çoxluğuna önəm verirlər. 49% respondent isə mağazanı endirim və aksiyaların çoxluğuna görə seçir. Ruslar üçün mağazaların seçimində kartla ödənişin mümkünlüyü (44,5%), ticarət zalının təmizliyi (36,3%), təzə meyvə və tərəvəzlərin olması (33,8%), növbələrin yoxluğu (30%), gülərüz personal (27%) və başqa amillər də önəmli rol oynayır.