Emosional zəkanın inkişafı üçün otuz məsləhət


Digərləri 22 İyl 2018 21:05:00 340 0

Emosional zəkanın inkişafı üçün otuz məsləhət

Emosional zəka nədir? O nəyə lazımdır? Öz və özgələrinin emosiyalarını necə tanımaq olar və onlara necə adekvat reaksiya vermək olar? Bu və digər suallara şəxsi sahədə mütəxəssis öz " Emosionaıl zəkanın inkişafı" kitabında cavab verir. "Alpina Pablişer" nəşriyyatının buraxdığı  bu kitabın biz sizə rus dilinə tərcüməsindən bir neçə fraqmentini  təqdim edirik.

Müsbət düşüncə. Müsbət düşüncə emosional zəkanın əsas hissəsidir. Niyə? Çünki emosional zəka emosiyaların və müsbət, optimistik , konstruktiv  şəkildə vəziyyətlərin, həmçinin  hər hansı emosiyanın müsbət əhəmiyyətini  qəbul edə bilməklə əlaqəlidir.

Son.az bizplus.az-a istinadən bildirir ki, mənfi düşüncə isə hadisələrin və emosiyaların mənfi təsfirindən aslıdır. O, emosiyaların və hadisələrin çətin aspektlərinə yönəlib və çox vaxt orda ilişib qalır.  Məsələn, təsəvvür edin ki, həmkarınıza  ertəsi günə planlaşdırılmış hesabatı, təqdimata qədər hazır edəcəyinizə söz vermisiniz. Evə qayıdandan sonra başa düşdünüz ki siz bunu etməyi unutmusuz. Sizin keyfiniz, özünüzü günahkar hiss etdiyiniz üçün pozulur.  Siz özünüzə ümidsiz olduğunuzu deyirsiz.  Səhvinizi qəbul edib və bu vəziyyəti düzəltmək üçün düşünmək yerinə,  siz mənfi düşüncələr içində özünüzü təqsirləndirməklə batırsız :"Mən bunu etməyi niyə unutdum? O bunu mənə birdə xatırlatmalı idi. Niyə son dəqiqə çıxan bütün  iş mənim üstümə çökür?".

Səhvlərlə, çətinliklərlə, məyusluqla birgə yaranan mənfi düşüncələrə qapılsaq ancaq irəliləməkdə çətinlik çəkmək olar. Amma emosional zəkaya sahib olaraq siz çətinlikləri qəbul edib daha sonra onlara müsbət və konstruktiv reaksiya verə bilərsiniz.

Nə fikirləşdiyinizi yaxşı başa düşməyə çalışın. Çox vaxt biz mənfi düşüncələrimizin fərqinə varmırıq. Ən çox nə üçün təlaşa düşdüyünüzü xatırlayın: Səyahət planlaşdırdığınızda necə bir təşvişə düşdüyünüzü, sizin müəyyən öhdəliklərinizin olduğunu, çətinliklə yola getdiyiniz həmkarlarınızı, müştərilərinizi və qohumlarınızı və yaxud xoşlamadığınız bir iş etdiyinizi yada salın. Sizin ağlınıza nə cür mənfi düşüncələr gəlir?

Özünüzdən soruşun:"Bəs müsbət düşüncə nədir?". Artıq mənfi düşüncələr haqqında daha çox bildiyiniz halda siz seçim edə bilərsiniz: onlara bağlanıb davam etmək, yoxsa sizi gümrahlandıran və güc verən müsbət düşüncəyə keçmək. Deyək ki siz özünüzü bir düşüncədə saxladız:" Mən artıq bu soyuqdan və yağışdan boğaza yığılmışam". İyul ayında. Nə vaxtsa bizdə normal yay olacaq?!". Əlbətdə bu şikayət üçün səbəb var. Bu fikirdə nə kostruktiv ola bilər? Bu sizdə hansısa bir günəşli yerə getmək üçün tur əldə etməyə vadar edə bilər, və beləliklə sizin əlinizdə gözləməyə bir şey yaranacaq. Bu artıq yaxşıdır.Pis havadan daimi şikayətlənməkdən isə yaxşı heçnə çıxmır.

"Amma" sözünü əlavə edin. Özünüzü mənfi fikirdə tutduğunuz zaman "amma" sözünü əlavə edin. Bu cümləni müsbət tamamlamağa itələyəcək:"...amma bizim bir neçə yay ayımız qalır- isti havadan zövq almağa bəs edəcək", "...amma mən sabah işə daha tez gəlib hesabatı bitirə bilərəm". Özünüzə müsbət nəticə təsəvvür edin,  fikrinizi bunu edə biləcəyinizə və nəzarət etdiyinizə kökləyin.

Qeyri-şifahi ünsiyyət

Biz hamımız bir birimizə öz ehtiyyaclarımız, hisslərimiz, niyyətlərimiz, üstünlüklərimiz və antipatiyalarımız haqqında məlumat veririk və yalnız sözlərlə deyil görünüşümüzlədə. Əğər insan əsəbi, qorxmuş, təəcüblü baxırsa, nifrət hiss edirsə, sevincli və ya kədərlidirsə, artıq ona hecnə deməyə ehtiyyac yoxdur- hər şey artıq onun üz ifadəsindən görünür

Ama diğər emosiyaları başa düşmək qəliz olur: siz həmişə insanın nə hiss etdiyini üz ifadəsindən anlaya bilməzsiniz.

Əlbətdə ki, siz soruşa bilərsiz, amma  insanın təsuratları və əslində hiss etdikləri- fərqli şeylərdir. İnsanlar həmişə dürüstlüklə öz hissləri barəsində danışmırlar və hər zaman özləridə onları aydın başa düşmürlər. Buna baxmayaraq onlar ipucu verirlər və bunu qeyri-şifahi unsiyyət şəklində edirlər.

Professor Alberta Meyeriabianin araşdırmaları göstərdi ki, emosiyalar və hisslər 7% sözlərlə, 38%- səsin tonuynan, və əslində insanın nə hiss etdiyi 93% qeyri-şifahi şəkildə keçir.

Üz ifadəsi, duruş, jestlər və səs tonu, emosional bezedilib və sizə digər insanın əsl hissləri və niyyətləri haqqında xeyirli və güvənilir məlumatı almaqda ipucu verə bilər.

Bir ipucudan çox axtarın. Yeganə bir üz ifadəsi və yaxud jest sizə jestlərin, duruşun, üz ifadəsinin və insanın səs tonunun  birləşməsi qədər dəqiq ipucu  verməz.Siz qeyri-şifahi siqnalların kombinasiyasini axtarmalısınız.

Konteksti nəzərə almaq-insanın nə hiss etdiyini anlamağa çalışdığı müəyyən bir vəziyyətdir.Məs qeyri-şifahi siqnalların və kontekstin birləşməsi nəticəsində əsl hisslərin, niyyətlərin və ehtiyyacların rəsmi yaranır.

Başqa insana inanmırsız? Kimsə özü haqqında dürüst insan təsəvvürü yaratmadıqda, onun sözləri doğru səslənmədikdə və düz olmadıqda, bu onun dediklərinin qeyri-şifahi siqnallarla üst-üstə düşmədiyində baş verir. Məsəl üçün insanın gülə bilməsinə baxmayaraq digər biri mükafat aldıqda göz təmasının olmaması və yüksək səsi onun əsl hisslərini göstərir baxmayaraq ki, o təbriklərini ətrafa saçır.

Dəyişikliklərə nəzarət edin.  İnsanın emosional dəyişimi onun qeyri-şifahi davranışında üzə vurur. Daxildə nə baş verirsə o xaricədə əks olunur.

İnsanları "saymaq" bacarığınızı məşq etdirin. İnsanların bir- biri ilə barlarda, restoranlarda, kafelərdə, mağazalarda əlaqələrini izləyin , özlərini necə apardıqlarını və bir- birilərinə necə reaksiya verirdiklərini qeyd edin. Onların aralarında baş verənlərdən nə danışdıqlarını və nə hiss etdikdiklərini təsəvvür etməyə çalışın. Film,  müzakirə verlişi və yaxud opera izlədikdə səsini alın və jestlərə, üz ifadələrinə nəzarət edin.Hansı qeyri-şifahi siqnalların birləşməsi, sizdə insanın hansı emosiyalar keçirtdiyi fikrinə salır?

Səbr

Tez-tez bizim hamımızda səbirsizləşmək  üçün  çoxlu səbəblərimiz olur. Növbə tıspağa sürəti ilə irəlləyir. Yada siz hələdə kiminsə sizə vacib məlumatı göndərməyini, məktuba cavab yazmağını və ya kiminsə öz böyük təqdimatını bitirməyini gözləyirsiniz.

Sizin uşaqlarınız isə- onlara bütün əbədiyyat lazımdır ki yığışsınlar! Nə olursa olsun siz hiss edəcəksiniz ki artıq gərginləşməyə, narahat olmağa və əsəbləşməyə başlıyırsınız. Biz başa düşdükdə ki, bizə vacib olan və yaxud istədiyimizi əldə etmək üçün təxmin etdiyimizdən çox gözləməyə ehtiyyac var səbirsizləşirik və başqalarını günahlandırmağa yada işi daha tez necə həll etmək olar haqqında düşünməyə başlayırıq.

Qıcıqlanmağın nümayışı buna səbəb olan qıcıqlanmanın  aradan qaldırılmasına və işin həll yoluna çatmasına köməklik edir,- bu yaxşıdır, amma düşmən tonundan uzaq durmaq şərti ilə.Əks halda ətrafdakıların özünümüdafiə etməsinə məcbur edəcəksiniz. Siz elə bir stress keçirirsiniz ki, siz aydın düşünə bilmirsiniz, qərar verə bilmirsiniz harda gözləmək lazımdır, harda isə prossesi tezləşdirmək, hərəkətin yönünü dəyişməlisiniz yoxsa  umumiyyətlə təslim olmalısınız, bu zaman səbirsizlik sizə qarşı çalışmağa başlayır. Səbr isə, sizə geri addım atmağa imkan yaradır, qıcıqlandırıcı vəziyyətdə sakit olub düşünməyi, fikrinizi cəmləməyi,  təlaş və qıcıqlanma içində heçnə etməməyə köməklik göstərir. Səbr nə zaman hərəkət etmək lazım olduğunu göstərərək, sizə gözləməyə və nəzarət etməyə güc verir.

Fiziki hisslərinizi müəyyənləşdirməyi öyrənin- fikrinzdə kiminsə yavaşladığını düşündükdə sizdə gərginlik və narahatçılıq hissi yaranır.  Siz necə həyacanlandığınızı, qıcıqlandığınızı və sabitlikdək çıxıdığınızı hiss edirsiniz?

Öz səbirsizliyinizi hər şeyin pis olduğunu və yavaş getdiyi fikriynən tərbiyyə etməkdən əl çəkin. Ondansa özünüzə deyin:" Bu biraz narahatdı, ama dözməlidir. Mən tamamiylə bununla bacararam".  Hər şeyi tezləşdirmək lazım olarsa siz fikrinizi aydın saxlamalısınız ki,  daha yaxşı seçimlər tapa biləsiniz.

Səbrinizi məşq etdirin.  Uzun və asta tərpənən bir növbə zənciri tapın və orda növbəyə durun. Bu məqsəd üçün yol tıxacı, supermarketdə, bankda və ya poçtda növbələrdən istifadə edə bilərsiniz. Qıcıqlanmaq yerinə özünüzə deyin ki:" Mən sakit gözləyəcəm". Ətrafa baxın, hər şeyi incələyin, nəzarət edin. Özünüzü sakitmiş  kimi aparın. Səbirli görünməklə çox vaxt özünüzü elə hiss edə bilərsiniz.

Gözləmək gərəkdiyində başınızı qatın. Növbə zamanı,uçuş gecikdikdə və yaxud insanlar gecikəndə beyninizi  bir şeynən məşğul etməyi öyrənin.Əgər siz fikrinizi dağıtsanız vaxtınızı necəsə doldursanız, bu zaman siz hiss edəcəksiniz ki vəziyyəti nəzarətə alırsınız. Oxuyun. SMS yazın və yaxud dostunuza zəng edin. Musiqi və yaxud radio dinliyin.

Digərlərinə qarşı səbirli olun. Bəzi insanlar var sizdən fərqli olaraq hər şeyi yavaş edirlər yada yavaş danışırlar. Özünüzə xatırladın ki, sizin səbirsizliyiniz onları tələsməyə məcbur etməyəcək, əksinə aydın düşünməklərinə tez və kompentet hərəkət etməklərinə mane olacaq.  Səbirsizliyinizlə onları stresse sala bilərsiz.

" Özünüzü sanki eledir kimi aparın"

Hər hansı emosiyanı hiss etmək üçün özümüzü məcbur edə bilərik mi? Məsələn özümüzü xoşbəxt, ehtiraslı, motivə olmuş, əmin  hiss edə bilərik? Bəli, olar. Əğər özünüzü sanki eləymiş kimi aparsanız.

Emosiyanın üç əsas tərkibi var : fikirlər, davranış və  fiziki hiss. Bunlardan hər biri digərini tətikləyə bilər. Bu o deməkdir ki, sizin fikirləriniz sizin davranışınıza və fiziki sağlamlığınıza təsir göstərə bilər. Eynən belə sizin davranışınız düşüncənizə və hisslərinizə təsir göstərə bilər.

Siz bu nümunəni bir üstünlük olaraq istifadə edə bilərsiniz Özünüzü "sanki" nəsə hiss edirsiniz kimi aparın və ve hiss etmək istədiyiniz emosiyaya yaxınlaşmağa çalışın. İllüstrator-frilanser Cen deyib:"Mən bilirəm ki, özümüzü necəsə hiss etmək" nadirən alınır o vaxta kimi ki, həqiqətən nəsə etməsən. Mən özümü elə hiss etməsəmdə, o hisslərdən keçirəm, mən başlayıram və hələ heçnəyi dərk etmədən rəsim çəkməkdə özümü itirirəm. Bax başlamağa məni həvəsləndirən bu olur- mən bilirəm ki başlayan kimi mən özümü hiss etmək istədiyim kimi hiss edəcəm".

İsak Nyutonun araşdırması nəticəsində məlum olub ki,  yerində duran obyektlər istirahətsizlik inertiyasinda, hərəkətdə olan obyektlər isə  hərəkətsizlik inertiyasında olurlar. Bu eyniylə düşən almalar kimi hisslərədə aiddir! Siz özünüzü "sanki" nəsə hiss edirmiş  kimi apardıqda, siz  fiziki hərəkət yaradırsınız, bu isə öz növbəsində bu fiziki hərəkətə uygün fikirlər yaradır.

Müsbət hərəkətlərə gündə cəmi beş dəqiqə vaxt ayırın. Nə hiss etmək istəməyinizdən aslı olmayaraq əslində o hissi keçirsəniz özünüzü necə aparacağınız haqqında düşünün. Nə hiss edərdiniz, nə fikirləşərdiniz, nə edərdiniz?

Təsəvvür edin ki siz sixıcı bir iclasda yada ki təqdimatda darıxırsınız. Özünüzü necə məcbur edə bilərsiniz ki bu işə qarşı  maraq oyandırasınız və işə başlaya bilərsiniz?  Sizə həqiqətən maraqlı olduqda etdiyiniz şeyləri edin: qeydlər aparın, suallar verin, maraqlanan üz ifadəsi alın, digərlərinin fikrini soruşun, onların digər suallar haqqında nə deyəcəyi barəsində düşünün.

İlk növbədə nə edəcəyinizə qərar verin. Beyninizin bu fikrə qarşı çıxmasına imkan vermədən dərhal və düşünmədən bunu icra edin. Siz artıq nəsə etməyə başlayandan sonra davam etmək daha asand  olacaq. Bir hərəkər edin və artıq digərləri ondan qaynaqlanacaq.

Kiminləsə qəliz bir danışıq aparmalısınız? İlk ifadəni tapın və dərhal danışmağa başlayın.  Söhbət sırf bu ifadədən başlayacaq- o, yaxşıda keçə bilər pisdə, lakin siz buna baxmayaraq söhbət etməyə açıq olacaqsınız.  Keyfinizi qaldırıb özünüzü xoşbəxt hiss etmək istəyirsiniz? Gülümsəyin, xoşladığınız musiqini dinləyin, etmək istədiyinizi edin.