Gürcüstanda güclü yağış fəsadlar yaradıb FOTO


Dünya 22 İyl 2018 21:07:00 365 0

Gürcüstanda güclü yağış fəsadlar yaradıb  FOTO

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.


Xəbərə aid fotolar