Lobya kəskin bahalaşıb


Digərləri 22 İyl 2018 20:34:00 361 0

Lobya kəskin bahalaşıb

Dənli bitki olan lobyanın qiyməti bahalaşıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hazırda bazarlarda bu məhsul həm azdır, həm də baha qiymətə satılır.

Məsələn, Tovuz bazarında ötən il 1 kiloqramı 50-70 qəpik arasında satılan lobya hazırda 2 manata alıcılara təklif olunur.

Ötən il satıcıların piştaxtasında kisələrlə lobya görmək olurdusa, bu il ən çoxu 5-6 kiloqram olur. Məhsulun qiymətinin baha olmasını elə alıcılar da təsdiq edir.

Paytaxt bazarlarında da lobyanın qiymətində bahalaşma hiss olunur. Satıcıların sözlərinə görə, hazırda lobyanın 1kiloqramı 2 manat 50 qəpiyə satılır.


Xəbərə aid video