Bakının it bazarında qiymətlər


Digərləri 22 İyl 2018 20:36:00 402 0

Bakının it bazarında qiymətlər

Bakıda yay aylarında it və pişik alanların sayı artır. Biri ov üçün, digər isə bağ evini qorumaq üçün it alır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın mərkəzi hissəsində yerləşən "Təzə bazar"da 50 manatdan 1000 manata kimi it tapmaq mümkündür. Kirpilər isə ən çox həyət evlərində ilanların məhv edilməsi məqsədi ilə alınır.

Çəkiliş zamanı məlum oldu ki, xüsusən bu aylarda bazarda canlanma müşahidə olunur. Bunun isə başlıca səbəbi yay aylarında bağ evlərinə bu cür heyvanların alınmasıdır. İtlərin qiymətləri cinsinə görə dəyişir. Minimum bir itin qiyməti 50 manatdan başlayır.

Ən çox satılan itlər isə Sibir cinsli itlərdir.

Bazarda qiyməti 100-150 manat olan itlərə tələb daha çoxdur.


Xəbərə aid video