11 ilin ədavəti kütləvi davaya səbəb oldu


Digərləri 22 İyl 2018 20:38:00 292 0

11 ilin ədavəti kütləvi davaya səbəb oldu

Şamaxıda həmkəndlilər arasında düşən kütləvi dava 4 nəfərin xəsarət alması ilə nəticələnib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Şamaxının Dağ Bağırlı kəndində baş verib. Kənd sakinləri Sahib Zeynalov, Sənan Zeynalov, Rafiq Manafov, Kabus Beydullayev, Elnur Zeynalov və Fəxrəddin Zeynalov şəxsi münasibətlər zəminində həmkəndliləri ilə mübahisə ediblər. Mübahisə davaya çevrilib və kənd sakini, 63 yaşlı Həbib Qafarov, onun oğulları Tural və Səxavət Qafarov qardaşları, eləcə də gəlini Mehriban Qafarova ağac, bel və başqa küt alətlərlə bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Səxavət Qafarov və Mehriban Qafarovanın xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Tural Qafarovun müalicəsi palatada davam etdirilir. Atası Həbib Qafarovun vəziyyəti isə ağır olduğundan cərrahiyyə şöbəsinə yerləşdirilib.

Tural Qafarovun sözlərinə görə, davaya səbəb 11 il əvvəl baş vermiş ölüm hadisəsidir. Elə həmin vaxtdan da ədavət davm edir.


Xəbərə aid video