Cəlilabadda ağır qəza: iki qardaş həlak olub VİDEO


Digərləri 22 İyl 2018 20:39:00 380 0

Cəlilabadda ağır qəza: iki qardaş həlak olub  VİDEO

Cəlilabadda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili həmin yolda hərəkətdə olarkən pomidorla yüklənmiş motosikiletə çırpılıb. Qəza nəticəsində motosikletdə olan Masallının Köçərli kənd sakinləri Tural və Yalçın Mirzəyev qardaşları ağır xəsarət alıblar. Onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video