Qadın və kişilər məhsulda nəyə önəm verir?:


Digərləri 22 İyl 2018 20:25:00 261 0

Qadın və kişilər məhsulda nəyə önəm verir?:

Bir sıra müştəri üçün aldığı məhsulun və ya xidmətin qiyməti böyük önəm daşıyır. "First Insight Inc." şirkətinin apardığı son araşdırma isə onu göstərir ki, müştərilər üçün məhsulun keyfiyyəti qiymətdən öncə gəlir.

Son.az facemark.az-a istinadən bildirir ki, WWD adlı internet saytının paylaşdığı xəbərə görə, araşdırma 1000 nəfər müştərinin iştirakı ilə reallaşdırılıb. Bu istehlakçı araşdırma ümumi olaraq nəqliyyat vasitələrinə, ev əşyalarına, elektronik məhsullara fokuslanıb.

"First Insight Inc." şirkətinin təsisçisi və baş icraçı direktoru olan Greg Petro isə deyib ki, müştərilər daim yeni fürsətlər axtarışındadır, mağaza sahibləri isə istehlakçıların bu davranışlarına endirimlərlə qarşılıq verir. Petroya görə, müştərilərə istədikləri keyfiyyət, çeşid, qiymətdə məhsul təklif edən pərakəndə şirkətləri daha çox yadda qalır və istehlakçının zehnini dəyişdirirlər. O deyib ki, bu araşdırmanın nəticəsi göstərib ki, müştərilərin məhsulun qiyməti və keyfiyyəti barəsində olan düşüncələrində ciddi dəyişiklik baş verib. Araşdırma şirkətinin baş icraçı direktoru əlavə edib ki, endirimlər istisna olduqda belə, pərakəndə şirkətləri geyimdən mebelə, cihazlara qədər hər kateqoriyadan olan keyfiyyətli məhsullar hesabına daha çox satış etmək şansına sahibdirlər.