Əlavə işinizi daha effektiv edəcək 10 məsləhət


Digərləri 22 İyl 2018 20:05:00 290 0

Əlavə işinizi daha effektiv edəcək 10 məsləhət

Əsas işinizdə çox çalışın

Əlavə gəlir əyləncəli ola bilər, lakin o həmdə ağırdır. Əsas iş saatları vaxtında siz bununla məşğul olmamalısınız. Nə qədər gizli tutmağa çalışsanızda, sonda bu aydın olacaq, və əlbətdəki əsas gəlir mənbəyinizi itirmək çox böyük ehtimal ən son istəyinizdir.

Başqa bir işlə məşqul olmaqdan öncə full-time işinizdə fikrinizi cəmləyin. Bacardığınız qədər səmərəli və inadkarcasına çalışın.Peşmaçılıq hissi keçirməkdənsə və səylərinizə,işguzarlığınıza şüphəynən yanaşmaqlarını görməkdənsə digərlərindən daha çox çalışın.

Heç vaxt borc almayın

Son.az bizplus.az-a istinadən bildirir ki, bəzi biznes təşəbbüsləri pul qazanmadan əvvəl investisyalar tələb edirlər. Bəzən bir artım əldə etmək üçün  illər lazım olur. Eyni şey startaplarada aiddir: çoxu uduzur, çünki pul qazana bilmirlər və ancaq cüzi bir hissəsi investorlardan götürdükləri pulu qaytara bilir.

Bundan qaçmaq üçün cibinizdən maliyyələşdirə biləcəyiniz əlavə bir qazanc yeri əldə etməyə çalışın, ən yaxşısı isə o olarki, bu iş sizdən ümumiyyətlə bir nəvacib tələb etməsin. Sizdə mövcud olan alətlərlə xidmət göstərməyə çalışın.  Konsiqnasiya ilə həyata keçirilən və özünüz istehsal etdiyiniz məhsulları satın. Borc almadan öncə- təlabatın mövcudluğunu özünüzə sübut edin.

Bilirəm, belə düşünmək istəyirik:"əgər məndə bu...və bu...varsa, o zaman real iş alınacaq".

Əsl biznes- mənfəət gətirəndir. Və əğər siz borc ödəyəcəksinizsə mənfəət əldə etmək çətin olacaq. Əgər sizin işiniz sizin üçün kredit götürmə məcburiyyəti yaradırsa, başqa bir ideyalar haqqında düşünün.

Əlavə qazancı bəhanə kimi istifadə etməyin

Təsəvvür edin ki, hobbiniz dəmirçilikdir. Hər zaman böyük kürə istəmisiniz. Bu səbəbdən, part-time çalışaraq gəlir əldə edib onu aldınız. Əslində isə o sizə lazım deyildi- bu sadəcə istək idi.

Uğursuz əlavə gəlir vəziyyətləri məhz bu cür izah olunur- əlavə gəliri insanlar uzun müddət xəyal etdikləri bir şeyə xərcləməyə çalışırlar. "Müştəridə yaxşı təəssürat yaratmaq üçün" ən yaxşı avtomobilləri alırlar və yaxud "ağac işləri üçün istifadə olunan alətləri rahat yığmaq üçün" yeni qaraj alırlar.

Sizin nəsə istəməyiniz- bu pis bir şey deyil. Amma əlavə qazancı bunun üçün bəhanə gətirməyin.

Alıcıların görməyəcəyi bir şeyə pul sərf etməyin

Əsas iş yerinizdə sizin əla şəraitiniz və ofisiniz ola bilər- part-time iş yerləri isə buna bənzəməməlidir. Pul xərcləmədən öncə həmişə özünüzdən soruşun: "Bunun müştəriyə nə aidiyyatı var?". Əgər heç bir aidiyyatı yoxdursa, o zaman artıq pul xərcləməyin.

Öncədən pulu xərcləməyin

Əvvəlcədən düşünmək həmişə maraqlı bir fəaliyyətdir. Lazım olmadan öncə alət və yaxud xammal almaq istəyirik. Amma bu yanlış strategiyadır.

Əlbəttə ki, müəyyən bir cihazın alınması sizi X dəfə sürətləndirə bilər, amma hələki artan səmərəliliyə tələbat yoxdursa - tələsməyin.

Həmişə ciddi bir cədvələ riyayyət edin