İsrafın müxtəlif nümunələri mövcuddur


Digərləri 22 İyl 2018 19:40:00 317 0

İsrafın müxtəlif nümunələri mövcuddur

Allah Quranda buyurur:

"Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" ("Əraf" surəsi, ayə: 31) İsraf çox geniş anlayışdır. Belə ki, hər növ ifratçılığı (kəmiyyətdə, keyfiyyətdə), vaxt itirməni və s. əhatə edir. Bu, Quranın özünəməxsus üslubudur. İlahi nemətlərdən istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini tövsiyə edir. ("Təfsiri-nümunə", c.6, səh.147)  

Son.az maide.az-a istinadən bildirir ki, bəzi təfsirçilər burada dörd termin haqqında söhbət açmışlar.  

1. "Təqtir" (yaşam üçün zəruri şeylərdən istifadəyə etinasızlıq göstərmək. Bu Allahın qəzəbinə səbəb olan xüsusiyyətdir). 2. "Təbzir" (öz malını ağıla müvafiq olmayan, şəriətə zidd məqsədlər uğrunda xərcləmək. Bu, haramdır). 3. "İqtisad" və ya etidal (öz malını ağıla müvafiq və şəriətə uyğun məqsədlərə mötədil şəkildə xərcləmək. Bu, tərifəlayiqdir). 4. "İsraf" (istifadədə ifratçılığa yol vermək). Quran ayələri israfçılığı məzəmmət etmişdir. "(Allah) israf edənləri sevməz!" ayəsi də bu qəbildəndir. Allahın sevgisinin yoxluğu Onun qəzəbi deməkdir. ("Ətyəb əl-bəyan", c.5, səh. 306) İnsan orqanizminin qida maddələrinə (kalori, zülallar (protein), yağlar (lipid), karbohidratlar, vitaminlər, mineral maddələri və s.) təlabatı (təbii ehtiyacı) yaşa, cinsə və fəaliyyət növünə (işinin xarekterinə) görə fərqlənir. İnsanın qidalanmada mötədilliyi aşması orqanizmin sağlamlığı üçün təhlükəlidir (yəni az və ya çox yemək hər ikisi ziyanlıdır). ("İslam, dərmansız həkim", səh. 307) İsrafın müxtəlif nümunələri mövcuddur.  

Qeydlər:  

1. İsraf fərdlərə, zamana görə fərqlənir və müxtəlif şəkillərə düşür. Bəzən eyni anlayış müəyyən şəraitdə bir nəfər üçün israf hesab olunur, digəri üçün isə israf hesab olunmur. 2. İsrafın mənfiliyini hamı fitri və əqli olaraq başa düşür. Deməli, şəriətin israfla bağlı hökmləri "bələdçilik" xarakteri daşıya bilər.