Quranda adı keçən Calut kimdir?


Digərləri 22 İyl 2018 19:50:00 330 0

Quranda adı keçən Calut kimdir?

Quari Kərim özündə əxlaqi və şəri hökümlərlə bərabər tarixi mövzuları da əks etdirir. Bu mözulardan biri də Calutun tarixçəsidir. Calutun adı Quranda 3 dəfə çəkilmişdir. O zalim və düşmən kimi xatırlanır.

Calutun adı Bəni-İsrail qövmu ilə birgə çəkilir. Xususən də Talutla və Davud (ə) peyğəmbərlə döyüşləri xatırlanır.

Diqqət etsək görərik ki, Bəni İsrailin daima peyğəmbəri olub, hər zaman başlarının üstündə bir peyğəmbər rəhbərlik edib. Onlar da bu peyğəmbərlərin hesabına müxtəlif imtiyazlar əldə ediblər. Bu imtiyazlardan biri də hər zaman başlarının üzərində bir rəhbər peyğəmbərin olması idi.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, lakin bütün bunlara baxmayaraq onlar həmişə uğur qazana bilmirdilər. Bəzən Allah Taala onları cəzalandırırdı. Məsələn Misir fironunun onların kişilərini öldürüb, qadınlarını sağ buraxması kimi: (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi. (Bəqərə-49) Calut da demək olar ki , Bəni İsrailin başının bəlası idi. Tarixi mənbələrdə onu Misir və Şam arasında qüdrətli bir hökümdar kimi vəsf edirlər. Calut Bəni İsraillə dəfələrlə müharibə etmiş, onları qarət etmişdi. Xüsusən də Musa (ə) peyğəmbərdən qalan, Allahın Qurani Kərimdə "Tabut" adlandırdığı əmanəti əllərindən almışdı. Bəni İsrail qövmü də zəmanə peyğəmbərləri Samuel (ə) adlı peyğəmbərlərinə şikayət edir, döyüşmək üçün Allahdan yardım istəyirlər.