“Yahoo Messenger” fəaliyyətini dayandırdı


Digərləri 22 İyl 2018 19:35:00 255 0

“Yahoo Messenger” fəaliyyətini dayandırdı

1998-ci ildə "Yahoo" tərəfindən istifadəyə verilən, MSN, ICQ kimi rəqibləri olan, 2000-ci illərdə internet istifadəçilərinin imtina etmədiyi "Yahoo Messenger" üçün yolun sonu gəlib çatıb.

Son.az facemark.az-a istinadən bildirir ki, başlanğıcda "Yahoo Pager" kimi tanıdığımız proqram, bir il sonra "Yahoo Messenger" adını alıb.

2009-cu ildə 120 milyondan çox istifadəçisi ilə ən yaxşı dövrlərini yaşayan söhbət tətbiqi, sosial medianın populyarlaşmasından sonra məşhurluğunu itirib.