Pakistanın transgender millət vəkili namizədi


Digərləri 22 İyl 2018 19:36:00 265 0

Pakistanın transgender millət vəkili namizədi

Qohumları tərəfindən fiziki və cinsi təcavüzə məruz qalmış, evini 13 yaşında tərk etməyə məcbur edilmiş və keçmiş sevgilisi tərəfindən turşu hücumuna məruz qalmış Nəyyab Əlinin Pakistanda həyatı indiyədək hadisəli olub.

Bu universitet məzunu gələn həftə Pakistan parlamentinə keçiriləcək seçkilərdə iştirak edən 4 transgender namizədlərdən biridir.

"Mən anladım ki, siyasi güc olmadan, ölkənin təsisatlarının bir qismi olmadan, hüquqlarını qazanmaq mümkün deyil", o, BBC-ə deyib.

Bu seçki, Pakistanın transgender icmasının ən fəal iştirak etdiyi seçkilərdən biridir.

"Regionda lider"

Pakistanın əsasən mühafizəkar cəmiyyəti tərəfindən lağa qoyulan transgender icması həm də hicra və xavaca sira adları ilə də tanınır. Bu icma uzun zamandır ki, geniş yayılmış ayrıseçkiliyin hədəfidir və bu səbəbdən təhsil, iş və səhiyyə kim adi xidmətləri əldə etməkdə çətinlik çəkir.

Pakistanın transgender icması uzun zamandır ki, əsasən mühafizəkar olan cəmiyyət tərəfindən ayrıseçkiliyə mərzu qalır

Moğol imperiyası dövründə, xədim edilmiş şəxslər sarayda rəqqas, müğənni və hətta məsləhətçi kimi də çalışıblar.

Lakin Britaniya Hindistanı öz müstəmləkəsinə çevirəndən sonra transgenderlər icmasını qanundan kənarda qoymaq üçün çox səy göstərib və bu icmanın təməl vətəndaş hüquqları danılıb.

Transgender hüquq müdafiə təşkilatı Ləyaqət Təşəbbüsü Forumunun icraçı direktoru Uzma Yaqub deyir ki, Pakistan transgenderlərin hüquqları baxımından artıq "regionda liderdir".

Az qala on ildir ki, Pakistan şəxsiyyət vəsiqələrində üçüncü gender seçimini qəbul edən ilk ölkələrdən birirdir və keçən ildən bəri bu kategoriyanın pasportlarda da istifadəsini qanuniləşdirib.

Bir çox Qərb ölkələrində transgender və özünü ənənəvi iki cinsdən birinə aid etməyənlərin bu hüququ təmin olunmur.

May ayında Pakistan yeni qanun qəbul edərək əhalisinin ehtimalən 500,000-ni təşkil edən interseks, trans və xədim edilmiş şəxslərə qarşı ayrıseçkiliyi qadağan edərək bu icmanın əsas hüquqlarını qoruyub.

Bu ilin əvvəlindən 21 yaşlı Marvia Malik pakistanın ilk xəbər verilişi aparıcısı olub

Bu icma həmçinin getdikdə cəmiyyətdə daha çox görünür.

Mart ayında ölkədəki özəl telekanallardan biri yerli televiziyada ilk dəfə transgender gənci xəbər verilişinin aparıcılarından biri olaraq işə götürüb və gələn ay buraxılacaq filmlərdən birində bir transgender aktrisa ölkənin ən böyük film ulduzları ilə birlikdə kinoteatrlarda izlənəcək.

"Bizi sadəcə öldürürlər"

Lakin Pakistanda transgender icmasına qarşı ayrıseçkilik və zorakılıq davam etməkdədir.

Eyni vaxtı transgender kişilər - yəni ki, doğulduqda qadın kimi qeydiyyatdan keçirilən şəxslər - ictimai yerlərdə demək olar ki, heç görünmürlər.

Buna əsas səbəblərdən biri cəmiyyətdə qadınlardan olan gözləntilərdir.

Transgender qadınlar isə dolanmaq üçün erkən yaşlardan rəqs, dilənçilik və hətta fahişəliklə məşğul olmağa məcbur qalırlar. Bu isə onlara qarşı təyziq, işgəncə və zorakılıq təhlükəsini artırır.

Onların çoxu ölkədə səpələnmiş kiçik transgender icmalarının liderlərindən kömək alırlar və əvəzində onların həmin qrupların xeyrinə çalışmaları gözlənilir.

Bacı qardaşları və qonşuları tərəfindən təcavüzlərlə üzləşdiyinə görə evindən 10 yaşında qaçmağa məcbur qalan Mariya Xan deyir ki, "evini tərk edəndə, özünü təhlükəsiz hiss etdiyin yeganə yer transgender qruplarıdır".

"Orada səni döyən, lağa qoyan və söyən yoxdur, çünki orada hər kəs sənin kimidir."

Mariya Xan uşaqlıqda evini tərk etdikdən sonra kiçik transgender icmasına qoşulub

Pakistanın ümumi transgender icmasının bir qismi onlara qarşı təhlükənin artdığını düşünür.

"Hazırda transgender insanlar qətlə yetirilir. Əvvəllər turşu hücumları və döyülmə halları olurdu və biz bundan sağ çıxırdıq, lakin indi bizi sadəcə olaraq öldürürlər", Nəyyab deyir.