Özildən Türkiyə prezidenti ilə görüşü barədə açıqlama


İdman 22 İyl 2018 19:05:00 255 0

Özildən Türkiyə prezidenti ilə görüşü barədə açıqlama

Mesut Özil may ayında Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb şəkil çəkdirdiyi üçün almanlar tərəfindən ciddi tənqidə məruz qalmışdı. Goal.az xəbər verir ki, Arsenal-ın yarımmüdafiəçi bir müddət snra olsa belə, bu məsələyə aydınlıq gətirib. 

“Son yarım həftədə bir neçə ay ərzində baş verən hadisələri düşünmək üçün vaxtım oldu. Beləliklə, olanlarla bağlı öz fikir və hisslərimi bölüşmək istəyirəm. Bir çox insan kimi mənim də mənşəyim bir ölkənin hüdudlarından kənara çıxır. Almaniyada böyümüşəm, amma ailəm türkdür. Ona görə də mənim iki – alman və türk mənşəli ürəyim var. Uşaq vaxtı anam mənə hardan olduğumu unutmamağı və buna hörmət etməyi öyrədib. Hansı ki, bu, bugünə qədər düşündüyüm dəyərlərdir.

Mayda Londonda xeyriyyə və təhsillə bağlı bir tədbirdə Ərdoğanla görüşdüm. İlk dəfə isə onunla 2010-cu ildə Berlində keçirilən Almaniya – Türkiyə oyunundan sonra görüşmüşdüm. Həmin vaxt Angela Merkellə birlikdə matçı izləmişdilər. Bilirəm, bizim şəklimiz alman mətbuatında böyük rezonans doğurdu. Bəzi insanlar məni yalan danışmaqda günahlandırsalar da, bizim etdiklərimiz siyasi məqsəd daşımırdı. Dediyim kimi, anam heç vaxt mənə mənşəyimizi, ailə dəyərlərimizi unutmağa imkan verməz. Mənim üçün Ərdoğanla şəkil çəkdirmək siyasət və ya hər hansı seçim deyil. Bu, mənim ailəmin ölkəsində ən yüksək vəzifəni tutan bir insana hörmətimdir. Mən futbolçuyam, siyasətçi deyiləm və bizim görüşümüz siyasi məqsəd daşımırdı. Mənim üçün prezidentin kim olmağı önəmli deyil. Vacib olan odur ki, bu insan prezidentdir”.

Londonda  İlkay Gündoğan və Cenk Tosunla birlikdə R. T. Ərdoğanla görüşən Özil Almaniyada sərt tənqid olunmuşdu.