Əfqanıstanın vitseprezidentinin olduğu hava limanında partlayış törədildi:


Dünya 22 İyl 2018 18:58:00 249 0

Əfqanıstanın vitseprezidentinin olduğu hava limanında partlayış törədildi:

 Əfqanıstanın paytaxtı Kabilin hava limanında törədilən partlayış zamanı 9 nəfər həlak olub.

"Report" "Tolo News" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum bildirib.

Dostum qeyd edib ki, partlayış Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da, onun gəlişindən sonra törədilib.