Bir jurnalist tualet kağızını bir gecədə necə satdırdı...


Digərləri 22 İyl 2018 17:57:00 251 0

Bir jurnalist tualet kağızını bir gecədə necə satdırdı...

Kütləvi informasiya vasitələrinin həyatımızdakı rolu danılmaz faktdır. İndi qəzetsiz, televiziyasız, internetsiz həyatımızı təsəvvür edə bilmirik.

Son.az musavat.com-a istinadən cəmiyyətin media sahəsinə marağını nəzərə alaraq oxuculara kütləvi informasiya vasitələri haqqında çoxlarımızın bilmədiyi maraqlı faktları təqdim edir.

1930-cu ilin aprelin 18-də "Bi-Bi-Si"nin diktoru efirə qeyri-adi xəbərlə çıxıb:

"Bu günkü xəbər proqramında sizlərə ilk xəbərimiz odur ki, heç bir yeni xəbər yoxdur". Xəbərlərin yerinə fortepiano musiqisi səsləndirilib.

1973-cü ildə tanınmış amerikalı teleaparıcısı Coni Karson öz şou proqramında kiçik bir zarafatı ilə ölkə sakinlərini xeyli xərcə salıb. Belə ki, teleaparıcı verlişdə zarafatla qeyd edib ki, ölkədə tualet kağızlarının istehsalında böhran vəziyyətidir və artıq maqazalarda da defisitə çevrilib. Tamaşaçılar aparıcının fikrini ciddi qəbul ediblər. Səhərisi gün Coni Karson bu zarafatına görə üzr istəsə də, artıq gec olub. Çünki bütün mağazalardan tualet kağızlarının hamısı alınıb.

Mətbuat tarixində ən maraqlı faktlardan biri də bir qəzetin dörd ildə 42 dəfə adının dəyişməsi olub. 1898-ci ildən nəşrə başlayan "Şimal diyarı" qəzeti hakimiyyətə qarşı müntəzəm tənqidi çıxışlarına görə 1905-ci ildə bağlanıb. Başqa çıxış yolu tapmayan redaksiya kollektivi qəzetin adını dəyişməyə məcbur olub. Beləliklə dörd il ərzində qəzetin adı "Şimal" sözü saxlanmaqla 42 dəfə dəyişdirilib.

1938-ci ildə "Taym" jurnalı Hitleri "İlin adamı" elan edib. Nəşrin tarixində ilk dəfə olaraq ilin adamı elan edilmiş şəxsin şəkli jurnalın üz qabığına verilməyib.

London hərracında "Boston qlob" qəzetinin 12 aprel 1912-ci il tarixli buraxılışının bir nüsxəsi 304 dollara satılıb. Qəzetin həmin sayında "Titanik"lə bağlı ilk məlumat yerləşdirilib.

Kağız qıtlığı ucbatından 1921-ci il mayın 17-də "İzvestiya" qəzeti kətanda çap olunub və qəzetdə belə bir müraciət yayılıb: "Qəzetləri qoruyun. Onlar çox məhduddur. Oxuduqdan sonra başqasına verməyi unutmayın".